USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ prezidenti Tramp NATO sammitində iştirak edəcək

03.06.2025 Siyasət
0 0
Ağ Evin sözçüsü Karolin Leavitt ABŞ prezidenti Donald Trampın 24-26 iyun tarixlərində Haaqada keçiriləcək NATO Sammitində iştirak edəcəyini açıqlayıb.

Ağ Evin sözçüsü Leavitt mətbuat konfransında gündəmlə bağlı açıqlamalar verib.

Leavitt Trampın 24-26 iyun tarixlərində Hollandiyanın Haaqa şəhərində keçiriləcək NATO Sammitində iştirak edəcəyini təsdiqləyib.