USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tramp İstanbul danışıqlarında irəliləyişi müsbət görür

03.06.2025 Siyasət
0 0
Ağ Evin sözçüsü Karolin Leavitt ABŞ prezidenti Donald Trampın İstanbulda Rusiya-Ukrayna danışıqlarında irəliləyişə müsbət baxdığını və müharibənin bitməsini istədiyini açıqlayıb.

Ağ Evin sözçüsü Karolin Leavitt mətbuat brifinqində İstanbulda Rusiya-Ukrayna danışıqlarını dəyərləndirib.

Leavitt Rusiya və Ukrayna nümayəndə heyətləri arasında dünən İstanbulda keçirilən danışıqları izlədiklərini və oradakı prosesin əhəmiyyətli olduğunu bildirib.

Sözçü Trampın müharibənin bitməsini çox istədiyini, lakin bu məsələdə kifayət qədər realist olduğunu bildirib və İstanbuldakı danışıqların nəticələrini yaxından izləyəcəkləri mesajını verib.

Leavitt, "Prezident bu müharibənin daha çox uzanmasını istəmir, münaqişələrin dayandırılmasını və bu məsələnin danışıqlar masası arxasında həll olunmasını istəyir" dedi.

Ukraynanın dron hücumu ilə bağlı əvvəlcədən məlumatımız yox idi
Digər tərəfdən, Leavitt, Trampın Ukraynanın çoxsaylı pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyaya hücumu barədə əvvəlcədən məlumatının olmadığını bildirib.

Leavitt ABŞ Konqresinin gündəmində olan Rusiyaya qarşı mümkün sanksiyalar məsələsinə də toxunub və Trampın “lazım gələrsə” sanksiyalardan istifadə etmək istədiyini vurğulayıb.