ABŞ-lı milyarder iş adamı İlon Mask son günlər böyük müzakirələr apardığı ABŞ prezidenti Donald Trampla bağlı bəzi paylaşımlarından peşman olduğunu açıqlayıb. Epstein fayllarında Trampın adının hallandığını iddia edən Musk həddindən artıq irəli getdiyini bildirib.
Tramp bu yaxınlarda Ağ Evdəki vəzifəsindən ayrılan və Konqresin gündəmində olan vergilərin azaldılması qanun layihəsini sərt tənqid edən iş adamı Maskın açıqlamalarından böyük məyusluq ifadə etmişdi.
“Mən olmasaydım, o, seçkini uduzardı”
Musk Trampa “Mən olmasaydım seçkiləri uduzardı” deyərək, qanun layihəsinin büdcə kəsirini daha 2,5 trilyon dollar artıracağını bildirib. Musk həmçinin iddia edib ki, Trampın adının uşaq cinsi istismarına görə mühakimə olunarkən intihar edən Cefri Epşteynin dosyelərində də qeyd olunub.
Mask öz X sosial media hesabından yeni açıqlama verərək, çox uzağa getdiyini və peşman olduğunu açıqlayıb.
"Çox uzağa getdim"
“Tramp haqqında yazdığım bəzi yazılara görə peşmanam” deyən Mask bu paylaşımlarda “həddindən artıq irəli getdiyini” qeyd edib.
Tramp “məyusluq” dedi
Tramp, "Elonla aramızda çox yaxşı münasibət var idi, amma bu münasibətin artıq yaxşı getdiyini bilmirəm. Ona çox kömək etsəm də, Elondan çox məyus oldum" dedi.