USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İranda İsrailə məxsus PUA vurulub

23.06.2025 Siyasət
0 0
Bildirilib ki, İranın qərbində Xürrəmabad şəhəri yaxınlığında İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) vurulub. İsrail ordusu yazılı açıqlama verərək hadisəni təsdiqləyib, lakin PUA-nın növü və harada vurulduğu ilə bağlı heç bir məlumat verməyib. Bəyanatda “hər hansı bir məlumat sızması riskinin olmadığı” iddia edilib.

İran mətbuatında yer alan xəbərə görə, vurulan İHA-nın İsrail ordusuna aid "Hermes 900" olduğu bildirilir.

Qeyd edilib ki, sözügedən PUA bu gün səhər tezdən İranın qərbindəki Herremabad şəhəri yaxınlığında vurulub.

Digər tərəfdən, İsrail ordusu yazılı açıqlamada İranda bir İHA-nın vurulduğunu təsdiqləyib.

Açıqlamada vurulan PUA-nın növü və harada endirildiyi barədə məlumat verilməsə də, “hər hansı bir məlumat sızması riskinin olmadığı” iddia edilib.

Ötən həftə İran İsfahan vilayətinin şərqində də İsrailə məxsus PUA-nı vurub.

İsrailin İrana şiddətli hücumları ilə başlayan münaqişə

İyunun 13-də İsrail hərbçilərin yüksək komandanlığını, xüsusən də İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini hədəf alan irimiqyaslı hücumlara başlayıb.