Avropa Birliyinə (Aİ) 6 ay müddətində sədrlik edən Danimarka əsasən müdafiə, rəqabət qabiliyyəti, yaşıl transformasiya, miqrasiya və genişlənməyə diqqət yetirəcək. Danimarka öz şüarını “Dəyişən dünyada güclü Avropa” olaraq təyin edib.
Aİ-yə üzv ölkələr arasında hər 6 aydan bir həyata keçirilən dönəmli sədrlik yanvarın 1-dən bu vəzifəni icra edən Polşadan Danimarkaya təhvil verilib.
Bu rolun bir hissəsi kimi Danimarka ilin ikinci yarısında İttifaqın gündəliyinin formalaşmasında əsas rol oynayacaq.
Kopenhagen sədrliyinin şüarını “Dəyişən dünyada güclü Avropa” olaraq təyin edib.
Danimarka müdafiə sahəsində Avropanın strateji muxtariyyətinin təmin edilməsinə, Aİ ölkələrinin qlobal bazarlarda rəqabət qabiliyyətinin artırılmasına, Aİ-nin 2050-ci ilə qədər karbon neytrallığı hədəflərinin asanlaşdırılmasına, qeyri-qanuni miqrasiya və genişlənməyə qarşı mübarizəyə diqqət yetirəcək.
Danimarka 2026-cı il yanvarın 1-də sədrliyi Cənubi Kipr Rum Administrasiyasına (GCASC) təhvil verəcək.