USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şavkat Mirziyoyev Bakıya gəldi

02.07.2025 Siyasət
0 0
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

Kommersant.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.