ABŞ administrasiyası immiqrant əhalisi ilə bağlı təhlükəsizlik narahatlıqlarını əsas gətirərək qaçqınlar üçün iş icazəsinin müddətini əvvəlki 5 ildən 18 aya dəyişdirib.
"The Hill" qəzetinin məlumatına görə, ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri (USCIS) qaçqınlar üçün iş icazələri ilə bağlı siyasətini yeniləyib.
Bu yeniləmə iş icazələrinin etibarlılıq müddətini beş ildən 18 aya endirir. Bu dəyişiklik qaçqınlara, sığınacaq verilənlərə, deportasiya və ya deportasiya qərarları dayandırılanlara və status müraciətlərinin tənzimlənməsini gözləyənlərə təsir edəcək.
USCIS direktoru Cozef Edlou bildirib ki, "Əvvəlki administrasiya tərəfindən ölkəyə qəbul edilmiş bir əcnəbinin paytaxtımızda Milli Qvardiyaya hücumundan sonra USCIS-in əcnəbiləri tez-tez yoxlamadan keçirməsi daha da aydınlaşıb".
ABŞ Prezidenti Donald Trampın administrasiyası "yüksək riskli ölkələr" kimi təyin olunmuş 19 ölkənin vətəndaşlarından bütün sığınacaq müraciətlərini və immiqrasiya yardımı tələblərini dayandırıb.
Trampın 5 iyunda imzaladığı sərəncama əsasən, Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarının ABŞ-a səyahət etməsi qadağan edilib.