USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Robotu nazir təyin etdilər, o da rüşvət aldı

05.12.2025 Siyasət
0 0
Albaniyada robot nazirin rüşvət iddiası yayılıb.

Kommersant.az xəbər verir ki, Albaniyada sentyabrın 11-də dövlət satınalmaları naziri təyin edilmiş süni intellekt Diella-nın rüşvət almaqda şübhəli bilinərək saxlanıldığı iddia edilir.

Bu barədə Nyusbar məlumat yayıb.

Xəbərdə bildirilir ki, hər bir müqavilənin 10-15%-i naməlum hesablara göndərilib və bu hərəkət süni intellekt tərəfindən standart əməliyyat protokolu kimi qiymətləndirilib. Məlumata görə, prokurorlar Diellanın kriptovalyuta və proqram təminatını öz təkmilləşdirmələri üçün istifadə etməyi planlaşdırdığını vurğulayıb.

Süni intellektin vəkili isə onun hərəkətlərini korrupsiya yox, stress testi adlandırıb.