USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tramp Əliyev və Paşinyanı qəbul edəcək - Ağ Evdə kritik görüş

06.08.2025 Siyasət
0 0
ABŞ prezidenti Donald Tramp Azərbaycan prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı Ağ Evdə qəbul etməyə hazırlaşır. Avqustun 7-8-də ABŞ-a rəsmi səfər edəcək Paşinyanın Tramp və Əliyevlə regional sülh, firavanlıq və iqtisadi əməkdaşlığı müzakirə edəcəyi gözlənilir. “The Washington Post” yazıb ki, görüş zamanı Azərbaycan və Ermənistan arasında “mümkün sülh sazişi” gündəmə gələ bilər.

ABŞ prezidenti Donald Trampın Ağ Evdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü gözlənilir.

Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan Facebook səhifəsində Paşinyanın avqustun 7-8-də ABŞ-a rəsmi səfər edəcəyini bildirib. Bağdasaryan paylaşıb ki, “Paşinyan səfəri çərçivəsində o, Tramp və Əliyevlə regional sülh, firavanlıq və iqtisadi əməkdaşlığı müzakirə etmək üçün görüşəcək”.

ABŞ mətbuatı Trampın həftəlik bülleteninə istinadən yazıb ki, Əliyev və Paşinyanın cümə günü, avqustun 8-i Ağ Evdə qəbul olunacaq.

“Sülh sazişi elan oluna bilər”

“Washington Post”un yazdığına görə, Ağ Evin adı açıqlanmayan rəsmiləri Trampın iki liderlə görüşü zamanı “Azərbaycan və Ermənistan arasında mümkün sülh sazişinin elan oluna biləcəyini” bəyan ediblər.

İki ölkə 2025-ci ilin martında İkinci Qarabağ müharibəsindən sonra Bakının təşəbbüsü ilə aparılan danışıqlar nəticəsində sülh sazişinin mətni üzrə razılığa gəlib.