USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Paşinyanın həyat yoldaşı Akopyan: “Ərdoğanın “Daha ədalətli dünya mümkündür” kitabını oxuyacağam”

07.08.2025 Siyasət
0 0
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan sosial şəbəkədə oxuyacağı növbəti kitabın prezident Rəcəb Tayyib Ərdoğanın yazdığı “Daha ədalətli dünya mümkündür” olacağını açıqlayıb.

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan oxuduğu və oxuyacağı kitablarla bağlı sosial şəbəkə hesabında izləyiciləri ilə paylaşım edib. Akopyan bu gün Mel Robbinsin “The Let The Theory” əsərini oxuyub bitirdiyini bildirib və yazıb ki, o, son iki-üç ildə siyasətçilərin və ya siyasi sahədən olan müəlliflərin çoxlu kitablarını oxuyub.

Akopyan hazırda Çin sədri Si Cinpinin “Çinin idarəçiliyi” əsərini oxumağa başladığını bildirib və növbəti kitabının prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən yazılan “Daha ədalətli bir dünya mümkündür” olacağını açıqlayıb.

Akopyan daha əvvəl siyasi dairələrin yazdığı kitabları, o cümlədən Fransa prezidenti Emmanuel Makronun “İnqilab”, Kanadanın keçmiş baş naziri Castin Trüdonun “Ortaq zəmin” və ABŞ-ın keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obamanın “Olmaq – Mənim hekayəm” kitablarını oxuduğunu da bildirib.