Avropa Parlamentində (AP) Sol, Yaşıllar, Sosialistlər və Proqressiv Demokratlar Alyansı (S&D) qruplarının liderləri birgə məktub yayaraq, Avropa İttifaqı rəsmilərini İsrailin Qəzzada soyqırımına son qoymaq üçün hərəkətə keçməyə çağırıblar.
Qrupların liderləri Aİ Komissiyasının sədri Ursula fon der Leyen, Aİ Şurasının sədri Antonio Kosta və Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallasa ünvanlanan birgə məktubda Qəzza və digər işğal olunmuş Fələstin ərazilərində vəziyyətlə bağlı Aİ-nin fəaliyyətsizliyini tənqid ediblər.
"İsrail Qəzzada aclıqdan "müharibə silahı" kimi istifadə edir"
Məktubda İsrailin Qəzzada aclıqdan "müharibə silahı" kimi istifadə etdiyi və 6 mindən çox yardım maşınının Qəzza zolağına girməsinin qarşısı alındığı bildirilib.
Məktubda İsrail hökumətinin bütün Qəzza zolağının işğalı planlarının olduğu qeyd edilib və bunun beynəlxalq hüquqa zidd olduğu vurğulanıb.
Məktubda Qəzzadakı vəziyyətin artıq “adi fövqəladə vəziyyət” olmadığı və orada soyqırımla bağlı açıq-aşkar dəlillərin olduğu bildirilərək, Aİ Komissiyası və Aİ Şurasının indiyədək cavab vermədiyi qeyd edilib.
Kütləvi iztirablar və cəzasızlıq qarşısında sükutu tarix bağışlamayacaq”.
Məktubda AB-nin məsuliyyəti öz üzərinə götürməsi və dərhal hərəkətə keçməsinin vacibliyi vurğulanaraq, "Daha gecikmələrə dözə bilmərik. Daha qan tökülməsinə dözə bilmərik. Kütləvi iztirablar və cəzasızlıq qarşısında sükutu tarix bağışlamayacaq" ifadəsi işlədilib.
Sol, Yaşıllar və S&D qruplarının liderləri Aİ-İsrail Assosiasiya Sazişinin dayandırılması, Təl-Əvivə hərtərəfli silah embarqosu, beynəlxalq hüququ pozan İsrail rəsmilərinə qarşı sanksiyalar və İordan çayının qərb sahilində qəsb fəaliyyəti ilə bağlı malların ticarətinə qadağa qoyulmasını tələb ediblər.
2023-cü il oktyabrın 7-dən bəri İsrailin Qəzza zolağına hücumları nəticəsində ən azı 61 020 fələstinli ölüb, 150 671 nəfər yaralanıb.