USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran və Ermənistan XİN rəhbərlərinin telefon danışığı olub

12.08.2025 Siyasət
0 0
İranın xarici işlər naziri Abbas Əraqçi və ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon söhbəti baş tutub.

Bu barədə İran mediası məlumat verir.

Əraqçi vurğulayıb ki, heç bir yol İranın digər tranzit yollarına çıxışına mane olmamalıdır.

İranlı nazir Azərbaycan və Ermənistan arasında sülhə doğru atılan addımın məmnunluq doğurduğunu, lakin ölkəsinin regionda geosiyasi dəyişikliyə yol açılmasının əleyhinə olduğunu diqqətə çatdırıb.

Mirzoyan Ermənistan-İran münasibətlərinin dostluq və qonşuluq münasibətləri olduğunu bildirib və İrəvanın Tehranla münasibətləri prioritet bir məsələ olaraq qiymətləndirdiyini bəyan edib.