USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tramp Avropaya sərt mesaj verdi: “Rusiyadan neft almayın”

15.09.2025 Siyasət
0 0
ABŞ prezidenti Donald Tramp Avropa ölkələrini Rusiyadan neft almağı dayandırmağa çağırıb. NATO və Avropanın Rusiyaya qarşı sanksiyalarının qeyri-adekvat olduğunu müdafiə edən Tramp, “Sanksiya tətbiq etməyə hazıram, amma onlar da mənim qədər sərt olmalı olacaqlar” deyib. ABŞ-ın Rusiyadan neft almadığını vurğulayan Tramp Avropanın daha qəti addımlar atmalı olduğunu bildirib.

ABŞ prezidenti Donald Tramp Nyu-Yorkdan Vaşinqtona qayıdarkən təyyarədə mətbuatın suallarını cavablandırıb. O, NATO və Avropa ölkələrini Rusiyaya qarşı sanksiyalarla bağlı daha iddialı olmağa çağırıb.

Avropa ölkələrini Rusiyadan neft almağı dayandırmağa çağıran Tramp, "Onların (Rusiyaya) tətbiq etdikləri sanksiyalar kifayət qədər sərt deyil. Mən sanksiyalar tətbiq etməyə hazıram, lakin onlar mənim etdiklərimə mütənasib şəkildə sanksiyaları sərtləşdirməli olacaqlar" deyib.

“NATO və Avropa bir araya gəlməlidir”

Tramp "Onlar öz işlərini görmürlər. NATO bir araya gəlməlidir. Avropa bir araya gəlməlidir" deyərək, Avropanın hələ də Rusiyadan neft aldığını xatırladıb.

Mövcud sanksiyaların qeyri-adekvat olduğunu bildirən Tramp, "Avropa ölkələri mənim dostumdur, amma Rusiyadan neft alırlar. Avropanın Rusiyadan neft almasına qarşı tək biz dayana bilmərik. Onların neft almasını istəmirəm" deyib və Avropanı daha sərt addımlar atmağa çağırıb.