USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Biz Fələstin dövlətinin qurulmasını qəbul etməyəcəyik" - Netanyahu

30.09.2025 Siyasət
0 0
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın açıqladığı Qəzza planı haqqında danışarkən, “İsrail ordusu Qəzza zolağında qalacaq” və “Fələstin dövlətinin qurulmasını qəbul etməyəcəklər” deyib.

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-a səfəri və ABŞ prezidenti Donald Trampın elan etdiyi Qəzza Planı ilə bağlı videomüraciət yayıb.

ABŞ-a səfərini “tarixi səfər” olaraq xarakterizə edən Netanyahu, əhəmiyyətli nəticələr əldə etdiklərini ifadə edərək, “Həmasın bizi təcrid etməsinə imkan vermək əvəzinə, vəziyyəti dəyişdik və Həması təcrid etdik” dedi.

Trampın açıqladığı Qəzza planı çərçivəsində İsrail ordusunun Qəzza zolağında qalacağını qeyd edən Netanyahu, "Artıq ərəb və müsəlman dünyası da daxil olmaqla, bütün dünya HƏMAS-a Trampla birlikdə qoyduğumuz şərtləri qəbul etməsi üçün təzyiq edir. Beləliklə, ölü və diri bütün girovlar geri qaytarılacaq, İsrail Müdafiə Qüvvələri (İDF) isə Qəzza zolağında qalacaq" deyib.

"Biz Fələstin dövlətinə qəti şəkildə qarşı olduğumuzu söylədik"

Kamera arxasında olan şəxsin Fələstin dövlətinin qurulmasını qəbul edib etmədiyi ilə bağlı sualına cavab verən Netanyahu, "Qətiyyən yox. Razılaşmada belə bir şey yoxdur. Fələstin dövlətinə qəti şəkildə qarşı olduğumuzu söylədik. Prezident Tramp da bu barədə anlayışını ifadə etdi. Təbii ki, biz də bunu qəbul etməyəcəyik" söyləyib.