Almaniya kansleri Fridrix Merz uzun müddətdə ölkədə məcburi hərbi xidmətin bərpa olunacağını açıqlayıb.
ARD televiziyasında yayımlanan Caren Miosga proqramında danışan Friedrich Merz, "Koalisiya razılaşmasına görə, hələlik könüllü hərbi xidmət modelindən başlayacağıq. Ancaq görünür, bu, könüllülüklə məhdudlaşmayacaq" dedi. Almaniyaya məcburi hərbi xidmət gəlir.
Merz, müdafiə naziri Boris Pistoriusun könüllü xidmət modelini prinsipcə dəstəklədiyini ifadə edərək, "Əvvəlcə koalisiya ortağımız Sosial Demokrat Partiyası (SPD) ilə könüllü xidmət modelini sınayacağıq. Əgər uğur qazanarsa, əla, amma açığını desəm, şübhələrim var" dedi.
Baş nazir Merz hər il təxminən 350.000 gəncin hərbi yaş həddinə çatdığını, lakin onların hamısının hərbi xidmətə çağırıla bilməyəcəyini bildirib. Qadınların Konstitusiyaya uyğun olaraq hərbi xidmətə çağırılmadığını xatırladan Merz, "Almaniyada ümumi sosial xidmət ilinin tətbiqinin tərəfdarıyam. Ancaq bunun üçün konstitusiya dəyişikliyi lazımdır" söyləyib.
Alman ordusunun hazırda təqribən 80 min əlavə personala ehtiyacı olduğunu qeyd edən Merz, NATO standartlarına cavab vermək üçün 260 min aktiv əsgərin lazım olduğunu bildirib. O qeyd edib ki, Pistoriusun qanun layihəsi könüllülük əsasında hazırlanıb, lakin müxalifət “könüllülükdən məcburiliyə keçid” şərtlərinin qeyri-müəyyənliyini tənqid edib.
Merz Almaniyada son dövrlərdə dron uçuşlarının artdığını da vurğulayaraq, "Bu, təhlükəsizliyimiz üçün ciddi bir təhdiddir. Lazım gələrsə, daxili bölgələrdə görülən pilotsuz təyyarələrə ordu müdaxilə etməlidir" dedi.