Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ın nüvə sınağı üçün infrastruktur hazırladığını bəyan edib və Vaşinqtonun belə bir addım atacağı təqdirdə Moskvanın dərhal cavab verəcəyini bildirib.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Moskvanın nüvə balansı siyasəti ilə bağlı yeni xəbərdarlıq edib.
ABŞ-ın nüvə sınağı infrastrukturunu hazırlamağa başladığını bildirən Ryabkov, "Vaşinqton sınaqlara yenidən başlayarsa, Rusiya sürətlə cavab verəcək" deyib.
Rusiya prezidenti Vladimir Putinin hər hansı bir nüvə dövlətinin sınaq keçirəcəyi təqdirdə Kremlin də eyni istiqamətdə hərəkət edəcəyi ilə bağlı əvvəlki açıqlamasını xatırladan Ryabkov, “Təbii ki, bu kontekstdə diqqətimiz Vaşinqtondur” dedi.