USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İspaniya parlamenti İsrailə silah embarqosunu təsdiqləyib

09.10.2025 Siyasət
0 0
İspaniya parlamenti 169 əleyhinə 178 səslə, İsrailə silah embarqosu tətbiq etmək qərarına gəlib.

İspaniya parlamenti İsrailə silah embarqosu tətbiq edən qanun layihəsinə səs verib. Keçən ay İspaniyanın baş naziri Pedro Sançes tərəfindən açıqlanan qanun layihəsi 178 əleyhinə 169 əleyhinə səslə təsdiqlənib.

Qanunda qeyd olunur ki, İsrailin əksər ekspertlər tərəfindən soyqırım kimi qiymətləndirilən Qəzza zolağına hücumları heç bir fərq qoymadan həyata keçirilir. Qanun bütün hərbi texnika və texnologiyanın İsrailə ixracını və idxalını, İsrail qırıcılarının istifadə etdiyi aviasiya yanacağının tranzitini, Qəzza zolağı və İordan çayının qərb sahilindəki qeyri-qanuni yəhudi məskənlərində istehsal olunan məhsulların reklamını qadağan edir.

Bu arada İspaniya hökuməti İsrailin Qəzza zolağına hücumlarının başladığı 7 oktyabr 2023-cü il tarixindən etibarən İsraildən silah alqı-satqısını dayandırmışdı.