USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rumıniya: Rusiya Moldovaya hücum etsə, qoşun göndərəcəyik

10.10.2025 Siyasət
0 0
Rumıniya Baş Qərargah rəisi bildirib ki, ölkəsi Rusiyanın hücumu halında “bütün vasitələrlə müdaxilə etməyə hazırdır”.

Rumıniya Baş Qərargah rəisi general Georghita Vlad bəyan edib ki, ölkəsi Rusiyadan potensial hücum olacağı təqdirdə Moldovaya hərbi dəstək verməyə hazırdır.

Vlad, “Rumıniya Moldova Respublikasını və xüsusilə bu ölkədəki Rumıniya vətəndaşlarını qorumaq üçün lazımi siyasi, hərbi və diplomatik vasitələrə malikdir” deyib.

Euronews telekanalına müsahibəsində Vlad hazırda Rumıniyanın Moldova ordusunun müdafiə qabiliyyətini artırmaq üçün birgə təlim və texniki yardım proqramları həyata keçirdiyini qeyd edərək, əlavə edib ki, “Rumıniya Moldovanın sadiq müttəfiqidir və lazım gələrsə, bütün resursları ilə müdaxilə edəcək”.

“Hibrid müharibəni ləğv etməliyik”

Vlad həmçinin deyib: “Biz Rusiyanın bölgədəki hibrid müharibəsini aradan qaldırmalıyıq”.

Moldova prezidenti Maya Sandu tərəfindən açıqlanan məlumatlara görə, təxminən bir milyon moldovalı Rumıniya vətəndaşlığını bərpa edib. Bu, Rumıniyanın bu şəxsləri qorumaq üçün qanuni məsuliyyətini özü ilə gətirir.