USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gürcüstanın keçmiş Baş nazirindən 1 milyon lari girov pulu tələb olunur

24.10.2025 Siyasət
0 0
Gürcüstanda sabiq Baş nazir və hakim “Gürcü Arzusu” partiyasının keçmiş lideri İrakli Qaribaşviliyə qarşı rəsmi ittiham irəli sürülüb.

Kommersant.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş prokuroru Qeorgi Qvarakidze keçirdiyi brifinqdə bildirib.

Gürcüstanın Baş Prokurorluğu qanunsuz gəlirlərin leqalizasiyasında ittiham olunan Qaribaşvilinin azadlıqda qalması müqabilində 1 milyon lari (626,323.00 manat - red) girov pulu tələb edir.

“Prokurorluq məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri kimi 1 milyon lari məbləğində girov seçilməsi barədə vəsatət qaldırıb. Girov həm pul şəklində, həm də daşınmaz əmlakla təmin edilə bilər”, – deyə Qvarakidze bildirib.

Qeyd edək ki, İrakli Qaribaşvili 2013–2015 və 2021–2024-cü illərdə Gürcüstanın Baş naziri vəzifəsini tutub. Bundan əlavə, o, müxtəlif illərdə daxili işlər naziri və müdafiə naziri kimi də çalışıb.