USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Naxçıvana yeni Baş nazir təyin olundu - YENİLƏNİB

09.02.2026 Siyasət
0 0
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub.

Kommersant.az xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi qərar qəbul edib.

Azərbaycan Prezidentinin təqdimatı əsasında Ali Məclisin qərarı ilə Cabbar Musayev MR-in yeni Baş naziri təyin olunub.

Qeyd edək ki, Cabbar Musayev indiyədək Naxçıvan Şəhər İcra başçısı vəzifəsində çalışıb. (Apa)

***
11.17

Naxçıvan Muxtar Respublikasının yeni Baş nazirinin təyin olunması ilə bağlı MR Ali Məclisinə təqdimat daxil olub.

Kommersant.az xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisinin iclası keçirilir.

Azərbaycan Prezidentinin təqdimatı əsasında Ali Məclis Cabbar Musayevin MR-in yeni Baş naziri təyin olunması məsələsini müzakirə edir.

Qeyd edək ki, Cabbar Musayev indiyədək Naxçıvan Şəhər İcra başçısı vəzifəsində çalışıb. (apa)