USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Adnan Əhmədzadənin marketləri məhkəməyə verildi - On milyonlarla borc yığılıb

16.02.2026 Siyasət
0 0
“Rahat”, “Grandmart”, “Bolmart”, “Port bazar”, “Baqqal” və “Pribaltika məhsulları” kimi marketlər şəbəkələrinin külli miqdarda vergi borcu yaranıb.

Kommersant.az-ın əldə etdiyi məlumata görə, sözügedən şəbəkələrin vergi borcu ilə yanaşı təchizatçılara da on milyonlarla vəsaiti ödəmədiyi üzə çıxıb.

Bu səbəbdən təchizatçı şirkətlər məhkəməyə müraciət ediblər. Onlar məhkəmə iddiasında sözügedən borcların ödənilməsi tələbini irəli sürüblər. Araşdırmamız nəticəsində məlum olub ki, adları qeyd olunan marketlər şəbəkələrində ümumilikdə 10 mindən çox işçi çalışır və aylardır onlar əmək haqqlarını ala bilmirlər.

Qeyd edək ki, Adnan Əhmədzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib. 2026-cı il yanvarın 13-də isə onunla bağlı həbs qətimkan tədbirinin müddəti uzadılıb.