Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu "Royal Bank" ASC-nin növbədə sonuncu olan təminatsız kreditorlarına kompensasiya ödəməyə hazırlaşır.
"Kommersant.az" Fonda istinadən xəbər verir ki, ödənişə yanvarın 28-də başlanılacaq və tələblər nağdsız formada qarşılanacaq.
Kreditorlar ADIF-in Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasına müraciət edə bilərlər (tel.: (012) 596 65 91/92/93; qaynar xətt: 941).