USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Kapital Bank"ın razılıq olmadan kredit tarixçələrini sorğulaması qanunsuzdur - AÇIQLAMA

17.01.2023 Problemli Banklar
0 0
"Kapital Bank"ın vətəndaşların kredit tarixçələrini tez-tez sorğulaması müzakirələrə səbəb olub. Bildirilir ki, bank Mərkəzləşdirilmiş Kredit Reyesterinə baxış keçirir. Vətəndaşlar bildirirlər ki, heç bir kredit və ya zaminlik müraciətiləri olmadığı halda, "Kapital Bank"ın müştərilərin kredit tarixçələrini sorğulaması düzgün deyil.

Bu barədə açıqlama verən hüquqşünas Əkrəm Həsənov da deyib ki, bankın addımı qanun pozuntusudur.

Ekspert bildirib ki, bu, həm də bank sirrinin pozulması deməkdir: “Vətəndaşın razılığı olmadan onun kredit tarixçəsini Kredit Bürosundan, ya da Mərkəzi Bankın nəzdindəki Mərkəzləşdirilmiş Kredit Reyesterindən heç bir bank əldə edə bilməz. Bu yalnız vətəndaşın yazılı razılığı vasitəsilə mümkündür. Yəni vətəndaş kredit üçün banka gedir, ondan ərizəyə qol çəkilməsi xahiş edilir. Bununla vətəndaş razılıq verir ki, onun kredit tarixçəsi haqqında məlumat əldə etsinlər. Yalnız bundan sonra həmin bank müraciət edərək məlumatı əldə edə bilər. Hansısa bank vətəndaşın razılığı olmadan bunu edibsə, bank sirrini, qanunu pozub. Həmin maddə “Banklar haqqında” qanunda da, Mülki Məcəllədə də var”.

Ə.Həsənov vurğulayıb ki, bu halla qarşılaşan vətəndaşların iki seçimi var: “Birincisi, vətəndaş bu hala görə məhkəmədə banka qarşı iddia qaldıra bilər. Eyni zamanda ona dəyən mənəvi zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət edib, pul həcmində kompensasiya tələb edə bilər. Məhkəmələr bank sirrinin pozulmasına görə banklardan bu kompensasiyanı ödəmələrini tələb edir. Belə bir praktika var. İkincisi, vətəndaş Mərkəzi Banka da şikayət edə bilər ki, Mərkəzi Bank həmin bankı məsuliyyətə cəlb etsin, cərimələsin və s. Lakin bu halda vətəndaşa heç bir məbləğ ödənməyəcək. Eyni vaxtda iki seçimdən də istifadə edə bilərlər”.

Pravda.az

  • Əvvəlki

    Bank Respublika yeni “KOB Mərkəzi” filialını istifadəyə verdi

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0