USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"AFB Bank" da müştərilərini itirib - HESABAT

27.01.2023 Problemli Banklar
1 1
“AFB Bank” (AFB) 2022-ci ilin son rübünə olan hesabatını açıqlayıb. Hesabata görə, bankın xalis mənfəəti 1 milyon 581 min manat və ya 17% artaraq 10 milyon 884 min manata yüksəlib.

Kommersant.az xəbər verir ki, AFB-nin məcmu kapitalı 2021-ci ilin son rübü ilə müqayisədə 381 min manat azalaraq 82 milyon 458 min manata enib.

AKTİVLƏRİ ARTIB

AFB-nin cəmi aktivləri 1 il ərzində 10 milyon 144 min manat və ya 0.3% artaraq 282 milyon 381 min manata yüksəlib. Bu artımda ən böyük pay kredit portfelinin üstünə düşüb. Belə ki, sözügedən portfel 28 milyon 67 min manat və ya 19.6% artaraq 170 milyon 854 min manata çatıb. Bu portfeldə istehlak kreditləri 2 milyon 686 min manat və ya 16.4% artaraq 19 milyon 79 min manat, biznes kreditləri 18 milyon 303 min manat və ya 21.9% artaraq 101 milyon 673 min manata, daşınmaz əmlak kreditləri isə 7 milyon 78 min manat və ya 16.4% artaraq 50 milyon 101 min manata yüksəlib. AFB mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 5 milyon 580 min manat və ya 20.8% azaldaraq 21 milyon 294 min manata endirib. Bununla da bankın xalis kreditləri 149 milyon 560 min manat olub. Bu isə 2021-ci ilin son rübü ilə müqayisədə 33 milyon 648 min manat və ya 29% çoxdur.

ƏMANƏTLƏRİ AZALIB

AFB-nin öhdəliklər cəmi 1 il ərzində 7 milyon 851 min manat və ya 0.4% artaraq 198 milyon 906 min manata çatıb. Bankın öhdəliklərindəki artımın səbəbi AFB-nin kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərinin 2021-ci ilin analoji dövrü ilə müqayisədə 7 milyon 485 min manat və ya 11.5% artmasıdır.

Bankın depozit portfeli 2021-ci ilin sonu ilə müqayisədə 1 milyon 104 min manat və ya 0.09% azalaraq 116 milyon 168 min manata düşüb. Fiziki şəxslər bankdakı əmanətlərini 3 milyon 496 min manat və ya 13.3% artıraraq 29 milyon 819 min manata yüksəltsə də hüquqi şəxslərin bankdakı əmanətlərində azalma müşahidə olunub. Belə ki, hüquqi şəxslərin bankdakı əmanətləri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4 milyon 600 min manat və ya 0.5% azalaraq 86 milyon 348 min manatadək əriyib.

Səhmdar kapitalında və bölüşdürülməmiş mənfəət/zərərində dəyişiklik etməyən AFB ümumi ehtiyatlarını 461 min manat və ya 31.5% artıraraq 1 milyon 922 min manata yüksəldib. Nəticədə bankın cəmi kapitalı 83 milylon 474 min manata çatıb.

AFB 2022-ci ilin sonunda faiz gəlirini 4 milyon 277 min manat və ya 30.6% artıraraq 18 milyon 243 min manata, faiz xərclərini isə 1 milyon 132 min manat artıraraq 64.6% artıraraq 2 milyon 883 min manata bərabərləşdirib. Nəticədə bankın xalis faiz gəliri 15 milyon 360 min manat olub ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 145 min manat və ya 25.7% çoxdur.

Bankın qeyri-faiz gəliri 1 il ərzində 2 milyon 484 min manat və ya 27.8% artaraq 11 milyon 402 min manata, qeyri-faiz xərcləri isə 89 min manat və ya 0.05% artaraq 17 milyon 73 min manata çatıb. Nəticədə bankın əməliyyat mənfəəti 9 milyon 689 min manat olub. Bu da 2021-ci ilin sonu ilə müqayisədə 5 milyon 540 min manat və ya 1.3 dəfə çoxdur.

AFB Bank

2022 (IV Rüb)

2021 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

282.381

272.237

10.144

Kredit

170.854

142.787

28.067

İstehlak kreditləri

19.079

16.393

2.686

Biznes kreditləri

101.673

83.370

18.303

Daşınmaz əmlak kreditləri

50.101

43.023

7.078

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

21.294

26.874

-5.580

Xalis Kreditlər

149.560

115.912

33.648

Cəmi Öhdəliklər

198.906

191.055

7.851

Depozit

116.168

117.272

-1.104

Fiziki şəxslərin depozitləri

29.819

26.323

3.496

Hüquqi şəxslərin depozitləri

86.348

90.948

-4.600

Cəmi Kapital

83.474

81.181

2.293

Səhmdar kapitalı

70.393

70.393

0

Bölüşdürülməmiş mənfəət

-

-

-

Ümumi ehtiyatlar

1.922

1.461

461

Faiz Gəliri

18.243

13.966

4.277

Faiz Xərci

2.883

1.751

1.132

Xalis Faiz Gəliri/Zərəri

15.360

12.215

3.145

Qeyri-Faiz Gəliri

11.402

8.918

2.484

Qeyri-Faiz Xərci

17.073

16.984

89

Əməliyyat Mənfəəti (Zərəri)

9.689

4.149

5.540

Xalis Mənfəət (Zərər)

10.884

9.303

1.581

Məcmu Kapital

82.458

82.839

-381

  • Əvvəlki

    Azərbaycanın İrandakı səfirliyinə hücum olub - SON DƏQİQƏ

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0