USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ləğv prosesində olan bankın iclası təxirə salınıb

16.02.2023 Problemli Banklar
19 0
Ləğv prosesində olan "AGBank" ASC-nin Kreditorlar Komitəsinin bu gün saat 10:00-a planlaşdırılmış iclası baş tutmayıb.

Kommersant.az xəbər verir ki, bu barədə Komitənin sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib.

Onun sözlərinə görə, iclasın bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) inzibati binasında keçirilməsi planlaşdırılırdı, lakin Fond digər bankların kreditorlarının və mətbuatın iclasda iştirakına icazə verməyib, buna görə də, iclasın təxirə salınmasına qərar verilib.

"ADIF bağlanmış bankların ləğv prosesi barədə kreditorlara məlumat vermir və bu günki iclasın məqsədi də Fonddan bu barədə hesabat tələb etmək idi. Digər bankların da kreditorları burada idi və onları da içəri buraxmadılar. Buna görə biz düşünürük ki, belə şəraitdə iclas keçirməyək. Böyük ehtimalla yaxın vaxtlarda digər yerdə iclasımızı keçirəcəyik. Düşünürük ki, ləğv prosesində olan bütün bankların kreditorlarlarını toplayıb vahid bir iclas keçirək", – deyə o qeyd edib.

  • Əvvəlki

    Prezident Ərdoğan Bahçeli ilə görüşüb

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0