USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tərəfimizdən "RabitəBank"a göndərilən sorğu və detallar - İCMALI

07.03.2023 Problemli Banklar
32 3
“RabitəBank” və SOCAR arasında olan əlaqədən sizlərə bəhs etmişdik. Xatırlatma üçün bildirək ki, sabiq SOCAR şefi və hazırda İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevin dönəmində dövlət neft şirkətinin tenderlərinin qalibi “RabitəBank” seçilirdi. Bunun səbəbi isə Rövnəq Abdullayev Zeynal Əliyev arasında olan qohumluq əlaqələrinin olmasıdır. Zeynal Əliyevin oğlu Rauf Əliyev də “RabitəBank”ın səhmlərinin 41 faizinə sahibdir.

Kommersant.az xəbər verir ki, 2016-ci ilin üçüncü rübündə SOCAR istiqrazlarının satışı üzrə agent bank “RabitəBank” seçilib. O gündən etibarən dövlət şirkətinin istiqrazlarının aqibəti sözügedən banka həvalə olunub. Bundan başqa SOCAR YDM-lərdə də “RabitəBank”ın POS cihazları yerləşdirilərək açıq bazar mühiti və bazar rəqabəti anlayışı aradan qaldırılıb.

Əslində Rövnəq Abdullayev“RabitəBank” arasında olan əlaqələr sizin və hətta bizim düşündüyümüzdən də dərindir. Amma “RabitəBank” ASC olmasına baxmayaraq göndərmiş olduğumuz sorğunu cavablamır. Olsun. Biz də cavablandırılmayan sorğununun 9 bəndi üzrə sualları cavablandırar və ona görə yazılarımızı davam etdirərik.

SOCARın tenderlərindən qalib çıxan və ya qohumluq əlaqəsinə görə qalib elan olunan “RabitəBank”ın bundan sonrakı tenderlərində də iştirakı tərəfimizdən yaxından izlənəcək. Məslən, “SOCAR Elektron plastik keçid kartı 1 KB Mifare satın alınması” üzrə tender təşkil edib. Bu tenderi yaxından izləyərək nəticəsini oxucularımızla bölüşəcəyik.

Sorğumuzun suallarını sizlərə təqdim edirik:

SOCAR YDM-də POS cihazlarının sayı və tenderi haqqında;

SOCAR YDM-də müştərilərə verilən VİSA plastik kartları “Rabitə Bank”a məxsusdur? Əgər belədirsə, kartların sayı nə qədərdir?

“SOCAR Elektron plastik keçid kartı 1 KB Mifare satın alınması” müsabiqəsində Rabitəbank iştirak edəcəkmi?

“RabitəBank” SOCAR və SOCAR YDM-də toplamda neçə tender qalibi olub?

“RabitəBank” SOCAR üçün neçə istiqraz buraxıb?

“RabitəBank”ın əsas səhmdarı olan Əliyev Rauf Zeynal oğlu başda olmaqla, bütün səhmdarların bankdakı pay bölgüsü ilə bağlı məlumat verməyiniz xahiş olunur.

“RabitəBank” “Ekol Mühəndislik Xidmətləri” şirkətinin açıqladığı neçə tenderdə qalib olub?

“RabitəBank”ın qalib olduğu SOCAR, SOCAR YDM tenderlərində toplam məbləğ nə qədər olub?

“RabitəBank” sözügedən dövlət şirkətlərinin tenderlərindən neçəsində qalib gələ bilməyib?

Qeyd edək ki, “RabitəBank”a göndərilən sorğu heç bir qərəz daşımır. Bunun sübutu üçün bankın İdarə Heyətinin sədri Aydın Hüseynova mail ünvanlayaraq sübuta yetirmişik. Belə ki, hətta banka məhsullarının reklam və ya tanıtımını müsahibə yolu ilə saytımızda təmənnasız dərc etməyə də söz vermişik. Tək istəyimiz isə bankın göndərmiş olduğumuz sorğumuza cavab verməsi idi.

  • Əvvəlki

    Rusiya G7-nin neft qiyməti siyasətini - TANIMIR

Digər xəbərlər

31.07.2024 Problemli Banklar
Bank VTB-nin mənfəəti azalıb
0 0
19.07.2024 Problemli Banklar
"Yapı Kredi Bank" müştərilərini itirib
0 0
18.07.2024 Problemli Banklar
"Bank VTB"nin bitməyən - ZƏRƏRİ
0 0
18.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın müştəriləri banka üz çevirib
0 0
17.07.2024 Problemli Banklar
"Kapital Bank"ın mənfəəti - AZALIB
0 0
16.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın aktivləri - AZALIB
0 0
16.07.2024 Problemli Banklar
Biznesmenlər "Express Bank"a üz çevirdi
0 0