USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“NaxçıvanBank” 2023-cü ilə mənfilərlə başladı - HESABAT

16.05.2023 Problemli Banklar
34 12
“NaxçıvanBank”ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 118 milyon 304 min manat 34.1 faiz azalaraq 228 milyon 158 min manata düşüb. Bu azalmada kredit portfelinin payı 57.7 faiz olub.

Kommersant.az bankın hesabatına istinadən xəbər verir ki, Bankın kredit portfeli 68 milyon 332 min manat və ya 39.7 faiz azalaraq 103 milyon 638 min manata düşüb. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 5 milyon 38 min manat azaldaraq 1 milyon 551 min manata endirdiyi üçün bankın xalis kreditləri 102 milyon 86 min manat olub. Bu da ötən ilin sonu ilə müqayisədə 64 milyon 947 min manat və ya 38.9 faiz azdır.

Müştərilər “NaxçıvanBank”da olan vəsaitlərini geri çəkdikləri üçün bankın depozit portfeli azalıb. Nəticədə bankın cəmi öhdəlikləri 142 milyon 73 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 92 milyon 201 min manat və ya 39.3 faiz azdır.

Fiziki şəxslərin əmanətləri 7 milyon 488 min manat artaraq 17 milyon 858 min manata yüksəlib. Hüquqi şəxslərin əmanətləri isə 75 milyon 140 min manat və ya 51.8 faiz azalaraq 69 milyon 906 min manata düşüb. Nəticədə bankın depozit portfeli 67 milyon 651 min manat və ya 43.5 faiz azalaraq 87 milyon 765 min manata düşüb.

“NaxçıvanBank”ın faiz gəliri 18 milyon 135 min manat azalaraq 2 milyon 695 min manata, faiz xərcləri isə 804 min manat azalaraq 171 min manata düşüb. Nəticədə bankın xalis faiz gəliri 17 milyon 247 min manat azalaraq 2 milyon 524 min manata enib.

Bankın qeyri-faiz gəliri 4 milyon 992 min manat azalaraq 1 milyon 278 min manata, qeyri-faiz xərcləri isə 7 milyon 720 min manat azalaraq 1 milyon 195 min manata enib. Buna görə də bankın əməliyyat mənfəəti 14 milyon 519 min manat və ya 84.8 faiz azalaraq 2 milyon 607 min manata bərabərləşib.

Bankın kapitalının və aktivlərinin gəlirliyi azalıb. “NaxçıvanBank”ın aktivlərinin gəlirliyi (ROA) 2.85 faiz azalaraq 0.95 faizə, kapitalının gəlirliyi (ROE) isə 8..6 faiz düşərək 3 faizə enib.

Qeyd edək ki, bankın məcmu kapitalı 22 milyon 877 min manat 79 milyon 687 min manata düşüb.

Naxçıvan Bank

2023 (I Rüb)

2022 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

228.158

346.462

-118.304

Kreditlər

103.638

171.970

-68.332

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

1.551

6.589

-5.038

Xalis Kreditlər

102.086

167.033

-64.947

Cəmi Öhdəliklər

142.073

234.274

-92.201

Depozit

87.765

155.416

-67.651

Fiziki şəxslərin depozitləri

17.858

10.370

7.488

Hüquqi şəxslərin depozitləri

69.906

145.046

-75.140

Cəmi Kapital

86.085

112.187

-26.102

Ümumi ehtiyat

1.478

5.133

-3.655

Faiz Gəliri

2.695

20.830

-18.135

Faiz Xərci

171

975

-804

Xalis Faiz Gəliri/Zərəri

2.524

19.771

-17.247

Qeyri-Faiz Gəliri

1.278

6.270

-4.992

Qeyri-Faiz Xərci

1.195

8.915

-7.720

Əməliyyat Mənfəəti (Zərəri)

2.607

17.126

-14.519

Xalis Mənfəət (Zərər)

2.177

13.053

-10.876

Məcmu Kapital

79.687

102.564

-22.877

ROA

0.95%

3.8%

-2.85%

ROE

3%

11.6%

-8.6%

  • Əvvəlki

    Fitch: İkinci tur seçkilər qeyri-müəyyənliyi uzadır

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0