USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“ExpressBank” cari ilə mənfilərlə start verib - HESABAT

05.05.2023 Problemli Banklar
11 3
“ExpressBank” 2023-cü ilin ilk rübünə mənfi göstəricilərlə start verib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bank müştərilərini itirib, xalis mənfəəti və əməliyyat mənfəəti kəskin şəkildə azalıb.

Kommersant.az bankın hesabatına istinadən xəbər verir ki, “ExpressBank”ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 3 milyon 677 min manat və ya 0.8 faiz azlaraq 440 milyon 633 min manata yüksəlib. Bu artımın əsas səbəbi bankın kredit portfelinin 2 milyon 432 min manat artaraq 299 milyon 516 min manata yüksəlməsidir. Kredit portfelində biznes kreditləri 3 milyon 497 min manat azalaraq 92 milyon 348 min manata enib. Portfeldə istehlak kreditləri 2 milyon 653 min manat artaraq 162 milyon 22 min manata, ipoteka kreditləri isə 3 milyon 277 min manat artaraq 45 milyon 147 min manata yüksəlib. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 339 min manat azaldan “ExpressBank”ın xalis kreditləri 2 milyon 771 min manat artaraq 294 milyon 399 min manata bərabərləşib.

BİZNESMEN MÜŞTƏRİLƏRİNİ İTİRİB

“ExpressBank”ın depozit portfeli ötən ilin sonu ilə müqayisədə 6 milyon 626 min manat və ya 3.43 faiz azalaraq 186 milyon 481 min manata enib. Bu azalmanın əsas səbəbi hüquqi şəxslərin bankdakı əmanətlərini geri çəkməsidir. Belə ki, biznesmenlərin bankdakı əmanətləri ötən ilin son rübü ilə müqayisədə 6 milyon 662 min amnat və ya 15.91 faiz azalaraq 35 milyon 208 min manata düşüb. Fiziki şəxslərin əmanətlərində isə 35 min manatlıq cüzi artım müşahidə olunub.

Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərini 25 milyon 532 min manat artıraraq 93 milyon 5 min manata bərabər etdiyi üçün “ExpressBank”ın öhdəliklər cəmində artım olub. Belə ki, bankın öhdəliklər cəmi 320 milyon 506 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 12 milyon 685 min manat çoxdur.

CƏMİ KAPİTALI AZALIB

“ExpressBank” əldə etdiyi xalis mənfəətini bölüşdürülməmiş mənfəətinə əlavə edib. Bankın bölüşdürülməmiş mənfəəti 8 milyon 967 min manat və ya 72.26 faiz azlaaraq 3 milyon 442 min manata düşüb. Ümumi ehtiyatlarını 41 min manat azalaraq 4 milyon 140 min manata enib. Nəticədə “ExpressBank”ın cəmi kapitalı 9 milyon 9 min manat azalaraq 120 milyon 126 min manata düşüb.

ƏMƏLİYYAT VƏ XALİS MƏNFƏƏTİ AZALIB

“ExpressBank”ın faiz gəliri ötən ilin sonu ilə müqayisədə 35 milyon 292 min manat və ya 73.13 faiz azalaraq 12 milyon 965 min manata, faiz xərcləri isə 6 milyon 981 min manat və ya 67.76 faiz azalaraq 3 milyon 321 min manata düşüb. Buna görə də bankın xalis faiz gəliri 28 milyon 311 min manat 74.59 faiz azalaraq 9 milyon 644 min manata enib.

Qeyri-faiz gəlirləri ötən ilin sonu ilə müqayisədə 13 milyon 445 min manat azalaraq 4 milyon 994 min manata, qeyri-faiz xərcləri isə 29 milyon 608 min manat azalaraq 4 milyon 994 min manata enib. Nəticədə bankın əməliyyat mənfəəti 12 milyon 148 min manat azalaraq 3 milyon 865 min manata bərabər olub.

“ExpressBank”ın xalis mənfəəti isə 8 milyon 967 min manat və ya 72.2 faiz azalaraq 3 milyon 441 min manata düşüb.

Bankın məcmu kapitalı isə 15 milyon 176 min manat və ya 117 milyon 684 min manata əriyib.

Qeyd edək ki, bankın aktivlər gəlirliyi (ROA) 2.05 faiz azalaraq 0.78 faizə, kapitalının gəlirliyi (ROE) isə 6.72 faiz azalaraq 2.86 faizə düşüb.

ExpressBank

2023 (I Rüb)

2022 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

440.633

436.956

3.677

Kredit

299.516

297.084

2.432

İstehlak kreditləri

162.022

159.369

2.653

Biznes kreditləri

92.348

95.845

-3.497

Daşınmaz əmlak kreditləri

45.147

41.870

3.277

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

5.117

5.456

-339

Xalis Kreditlər

294.399

291.628

2.771

Cəmi Öhdəliklər

320.506

307.821

12.685

Depozit

186.481

193.107

-6.626

Fiziki şəxslərin depozitləri

151.273

151.238

35

Hüquqi şəxslərin depozitləri

35.208

41.870

-6.662

Cəmi Kapital

120.126

129.135

-9.009

Səhmdar kapitalı

112.545

112.545

0

Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər)

-`

-

-

Bölüşdürülməmiş mənfəət

3.442

12.409

-8.967

Ümumi ehtiyatlar

4.140

4.181

-41

Faiz Gəliri

12.965

48.257

-35.292

Faiz Xərci

3.321

10.302

-6.981

Xalis Faiz Gəliri/Zərəri

9.644

37.955

-28.311

Qeyri-Faiz Gəliri

4.994

18.439

-13.445

Qeyri-Faiz Xərci

10.773

40.381

-29.608

Əməliyyat Mənfəəti (Zərəri)

3.865

16.013

-12.148

Xalis Mənfəət (Zərər)

3.441

12.408

-8.967

Məcmu Kapital

117.684

132.860

-15.176

ROA

0.78%

2.83%

-2.05%

ROE

2.86%

9.58%

-6.72%

  • Əvvəlki

    “Orbita” MTK razılıq olmadan binanı sökür, vətəndaşlar narazıdır, icra başçısı da müdaxilə edə bilmir - VİDEO

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0