“Rabitəbank”ın cəmi öhdəlikləri 78 milyon 138 min manat və ya 9.26 faiz artaraq 912 milyon 532 min manata yüksəlib.
Kommersant.az xəbər verir ki, bankın öhdəliklər cəminin artmasının səbəbi “Rabitəbank”ın kredit təşkilatlarıvə digər maliyyə institutları qarşısındakı öhdəliklərinin 38 milyon 87 min manat artmasıdır. Bu da öhdəliklər cəminin artmasında 48.7 faiz pay deməkdir. Bir digər artım isə bankın borc qiymətli kaöızlarının dəyərinin 100% artaraq 15 milyon 15 min manata çatmasıdır. Bu artımlara baxmayaraq bankın depozit portfeli cəmi 4 milyon 584 min manat artıb. Çünki şirkətlər bankdakı depozitlərinin 34 milyon 747 min manatlıq həcmini geri çəkərək “Rabitəbank”ın hüquqi şəxslərdən topladığı depozitlərin həcmini 255 milyon 225 min manata endirib.
Fiziki şəxslərin “Rabitəbank”dakı əmanətləri isə 39 milyon 330 min manat artaraq 356 milyon 362 min manata yüksəlib. Buna görə də depozit portfeli cəmi 0.7 faiz arta bilib.