USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank of Baku”nun mənfəəti 8 faizə yaxın azalıb - HESABAT

02.08.2023 Problemli Banklar
0 0
“Bank of Baku” (qısaca - BOB) 2023-cü ilin ilk yarısında 16 milyon 234 min manat əməliyyat mənfəəti əldə edib. Bankın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlarını 1 milyon 650 min manat artıraraq 7 milyon 322 min manat təşkil edib. Nəticədə BOB-un əldə etdiyi mənfəət 23 milyon 557 min manat olub. Qazandığı mənfəətdən 6 milyon 513 min manat vergi ödədiyi üçün isə xalis mənfəəti 17 milyon 43 min manat olub ki, bu da keçən ilin ilk yarısı ilə müqayisədə 1 milyon 458 min manat və ya 7.88 faiz azdır.

Kommersant.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, BOB-un cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 764 milyon 410 min manat olub. Bu, 2022-ci ilin sonu ilə müqayisədə 63 milyon 179 min manat və ya 9 faiz çoxdur. Bu artımın əsas səbəbi bankın kredit portfelinin 40 milyon 320 min manat artaraq 617 milyon 854 min manata çatmasıdır. Bu da cəmi aktivlərin artımının 63.8 faizini təşkil edib.

BOB-un verdiyi istehlak kreditləri 27 milyon 420 min manat artaraq 425 milyon 523 min manata, biznes kreditləri 7 milyon 58 min manat artaraq 162 milyon 258 min manata, daşınmaz əmlak kreditləri isə 5 milyon 323 min manat artaraq 30 milyon 48 min manata yüksəlib. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 1 milyon 204 min manat azaldaraq 61 milyon 794 min manat etdiyi üçün BOB-un xalis kreditləri 556 milyon 59 min manat olub. Bu da ötən ilin sonu ilə müqayisədə 41 milyon 524 min manat çoxdur.

BOB-un depozit portfelinin artması onun öhdəliklər cəminin artmasına da səbəb olub. Belə ki, bankın cəmi öhdəlikləri ötən ilin sonu ilə müqayisədə 85 milyon 662 min manat artaraq 664 milyon 32 min manat təşkil edib. Bu artımda depozit portfelinin payı 87.3 faiz olub.

Bankın fiziki şəxslərdən topladığı əmanətlər 66 milyon 162 min manat artaraq 396 milyon 181 min manata, hüquqi şəxslərdən topladığı depozitlər isə 8 milyon 617 min manat artaraq 44 milyon 130 min manata çatıb. Nəticədə bankın topladığı depozitlər 440 milyon 311 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 74 milyon 779 min manat çoxdur.

Səhmdar kapitalını dəyişdirməyən BOB-un cəmi kapitalı 7 milyon 518 min manat artaraq 130 milyon 378 min manata yüksəlib. Bunun səbəi isə bankın bölüşdürülməmiş mənfəətinin 7 milyon 181 min manat artaraq 68 milyon 391 min manata, ümumi ehtiyatlarının isə 336 min manat artaraq 9 milyon 116 min manata çatmasıdır.

Bank of Baku

2023 (II Rüb)

2022 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

764,410

701,231

63,179

Kredit

617,854

577,534

40,320

İstehlak kreditləri

425,523

398,103

27,420

Biznes kreditləri

162.258

154,675

7,583

Daşınmaz əmlak kreditləri

30,048

24,725

5,323

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

61,794

62,998

-1,204

Xalis Kreditlər

556,059

514,535

41,524

Cəmi Öhdəliklər

664,032

578,370

85,662

Depozit

440,311

365,532

74,779

Fiziki şəxslərin depozitləri

396,181

330,019

66,162

Hüquqi şəxslərin depozitləri

44,130

35,513

8,617

Cəmi Kapital

130,378

122,860

7,518

Səhmdar kapitalı

52,870

52,870

0

Bölüşdürülməmiş mənfəət

68,391

61,210

7,181

Ümumi ehtiyatlar

9,116

8,780

336

BOB-un faiz gəliri 16 milyon 138 min manat artaraq 61 milyon 170 min manata, faiz xərcləri isə 9 milyon 361 min manat artaraq 18 milyon 576 min manata yüksəlib. Nəticədə xalis faiz gəliri 6 milyon 778 min manat artaraq 42 milyon 594 min manata bərabərləşib.

Bankın qeyri-faiz gəliri 891 min manat azalaraq 5 milyon 186 min manata düşüb. Qeyri-faiz xərcləri isə 6 milyon 384 min manat artaraq 31 milyon 546 min manata yüksəlib. Buna görə də BOB-un əməliyyat mənfəəti 16 milyon 234 min manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 497 min manat azdır.

Bankın məcmu kapitalı 2022-ci ilin 2-ci rübü ilə müqayisədə 23 milyon 351 min manat artaraq 131 milyon 934 min manata yüksəlib.

BOB-un aktivlərinin gəlirliyi (ROA) 0.41 faiz azalaraq 2.23 faizə enib. Kapitalının gəlirliyi isə (ROE) 2 faiz azalaraq 13 faizə düşüb.

Bank of Baku

2023 (II Rüb)

2022 (II Rüb)

Fərq

Faiz Gəliri

61,170

45,032

16,138

Faiz Xərci

18,576

9,215

9,361

Xalis Faiz Gəliri

42,594

35,816

6,778

Qeyri-Faiz Gəliri

5,186

6,077

-891

Qeyri-Faiz Xərci

31,546

25,162

6,384

Əməliyyat Mənfəəti (Zərəri)

16,234

16,731

-497

Xalis Mənfəət (Zərər)

17,043

18,501

-1,458

Məcmu Kapital

131,934

108,583

23,351

ROA

2,23%

2.64%

-0.41%

ROE

13%

15%

-2%

  • Əvvəlki

    Avropa birjaları günə düşüşlə başladı

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0