USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərbaycan Sənaye Bankı”nın aktivləri 40 milyon manat azalıb

04.08.2023 Problemli Banklar
4 6
“Azərbaycan Sənaye Bankı”nın (qısaca - ASB) aktivlər cəmi ötən ilin sonu ilə müqayisədə 40 milyon 8 min manat və ya 5.35 faiz azalaraq 707 milyon 533 min manata düşüb. Bu azalmada əsas səbəb bankın nastro hesablarının həcminin 43 milyon 627 min manat azalaraq 11 milyon 678 min manata enməsidir.

Kommersant.az xəbər verir ki, ASB-nin kredit portfeli isə 6 ay ərzində 427 min manat kiçilərək 241 milyon 169 min manat olub. Mümkün zərərlər üçün yaradılan ehtiyata 10 min manat ayırdığı üçün isə xalis kreditləri 417 min manat azlaraq 235 milyon 671 min manata düşüb.

Fiziki şəxslərin ASB-dən əmanətlərini çəkməsi bankın öhdəliklər cəminin azalmasına səbəb olub. Belə ki, bankın depozit portfeli 13 milyon 51 min manat və ya 2.9 faiz azalaraq 436 milyon 624 min manata düşüb. Fiziki şəxslərin bankdakı əmanətlərinin həcmi 35 milyon 477 min manat azalaraq 317 milyon 782 min manata bərabərləşib. Hüquqi şəxslərin əmanətləri isə 22 milyon 427 min manat artaraq 118 milyon 841 min manata yüksəlib. Yekunda bankın öhdəliklər cəmi 41 milyon 798 min manat və ya 6.55 faiz azalaraq 595 milyon 763 min manata düşüb.

  • Əvvəlki

    “Bank Respublika” kapital cəmini artırıb

Digər xəbərlər

04.08.2023 Problemli Banklar
Sənaye Bankı müştərilərini itirib
16 13
04.08.2023 Problemli Banklar
ASB-nin xalis mənfəəti 34 faiz azalıb
60 32
03.08.2023 Problemli Banklar
"Bank of Baku" kredit verilişə məhdudiyyət qoydu
23 19
03.08.2023 Problemli Banklar
“Ziraat Bank”ın gəlirliyi azalıb
7 14
02.08.2023 Problemli Banklar
“AFB Bank”da ciddi itkilər baş verib
41 13
02.08.2023 Problemli Banklar
“AFB Bank”ın gəlirliyi kəskin azalıb
56 19
02.08.2023 Problemli Banklar
“AFB Bank”ın kapital cəmi 7 faizədək əriyib
31 7