USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“RabitəBank”ın 9 aylıq vəziyyəti bəlli oldu - HESABAT

16.10.2023 Problemli Banklar
0 0
“Rabitəbank” 2023-cü ilin 3-cü rübünə olan hesabatını açıqlayıb. Hesabata görə bank xalis mənfəətini 32.66 faiz artırıb.

Kommersant.az bankın hesabatına istinadən xəbər verir ki, “RabitəBank”ın cəmi aktivləri ötən ilin son rübü ilə müqayisədə cari ilin ilk 9 ayında 48 milyon 778 min manat və ya 5.10 faiz artaraq 1 milyard 3 milyon 768 min manata yüksəlib. Bu artımda əsas pay bankın müştərilərinə verdiyi kreditlərin üzərinə düşüb. Belə ki, bankın kredit portfeli 9 ay ərzində 90 milyon 594 min manat və ya 14,83 faiz artaraq 701 milyon 471 min manat olub. Bu portfeldə istehlak kreditləri 35 milyon 708 min manat artaraq 241 milyon 313 min manata, biznes kreditləri 29 milyon 225 min manata, ipoteka kreditləri isə 26 milyon 660 min manat artaraq 125 milyon 528 min manata bərabərləşib. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 6 milyon 589 min manat azaldaraq 17 milyon 261 min manata endirdiyi üçün bankın xalis kreditləri 684 milyon 210 min manat olub. Bu da ötən ilin sonu ilə müqayisədə 97 milyon 183 min manat və ya 16.55 faiz çoxdur.

Bu artımlarla bərabər bankın aktivlər cəminin tərkibində azalmalar da olub. “RabitəBank”ın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitləri 9 ay ərzində 28 milyon 74 min manat və ya 22.94 faiz azalaraq 94 milyon 288 min manata enib. “RabitəBank”ın banklar və digər maliyyə institutlarındakı depozitlərinin həcmi də 4 milyon 102 min manat və ya 48.25 faiz azalaraq 4 milyon 398 min manata düşüb.

“RabitəBank”ın öhdəliklər cəmi 40 milyon 890 min manat və ya 4.84 faiz artaraq 884 milyon 284 min manata çatıb. Bu artımda depozit portfelinin payı 68.85 faiz olub. Belə ki, bankın depozit portfeli 9 ay ərzində 28 milyon 153 min manat və ya 4.63 faiz artaraq 635 milyon 157 min manata yüksəlib. Fiziki şəxslər banka yerləşdirdikləri əmanətləri 62 milyon 964 min manat artıraraq 379 milyon 996 min manata çatdırıb. Buna baxmayaraq digər rüblərdə olduğu kimi hüquqi şəxslər bankdakı əmanətlərini geri götürməyə davam edir. Belə ki, şirkətlərin banka yerləşdirdikləri depozitlərin həcmi 9 ay ərzində 34 milyon 812 min manat və ya 12 faiz azalaraq 255 milyon 160 min manata enib.

Səhmdar kapitalını dəyişdirməyən “RabitəBank”ın cəmi kapitalı 7 milyon 888 min manat və ya 7 faiz artaraq 119 milyon 484 min manata çatıb. Bu artımın 6 milyon 818 min manatı bölüşdürülməmiş mənfəətin, 1 milyon 71 min manatı isə ümumi ehtiyatların payına düşüb. Belə ki, bankın bölüşdürülməmiş mənfəəti 6 milyon 818 min manat artaraq 7 milyon 677 min manata, ümumi ehtiyatları isə 1 milyon 71 min manat artaraq 10 milyon 508 min manata yüksəlib.

Qeyd edək ki, bankın məcmu kapitalı 9 ay ərzində 6 milyon 719 min manat artaraq 115 milyon 759 min manat olub.

Rabitəbank

2023 (III Rüb)

2022 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

1.003,768

954.990

48,778

Kredit

701,471

610.877

90,594

İstehlak kreditləri

241,313

205.605

35,708

Biznes kreditləri

334,629

305.404

29,225

Daşınmaz əmlak kreditləri

125,528

99.868

26,660

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

17,261

23.850

-6,589

Xalis Kreditlər

684,210

587.027

97,183

Cəmi Öhdəliklər

884,284

843.394

40,890

Depozit

635,157

607.004

28,153

Fiziki şəxslərin depozitləri

379,996

317.032

62,964

Hüquqi şəxslərin depozitləri

255,160

289.972

-34,812

Cəmi Kapital

119,484

111.596

7,888

Səhmdar kapitalı

101,300

101.300

0

Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər)

0

0

0

Bölüşdürülməmiş mənfəət

7,677

859

6,818

Ümumi ehtiyatlar

10,508

9.437

1,071

Məcmu kapital

115,759

109.040

6,719

“RabitəBank”ın faiz gəliri ötən ilin 3-cü rübü ilə müqayisədə 16 milyon 459 min manat artaraq 65 milyon 670 min manata, faiz xərcləri isə 7 milyon 248 min manat artaraq 21 milyon 310 min manata bərabərləşib. Buna görə də bank 44 milyon 359 min manat xalis faiz gəliri əldə edib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 9 milyon 210 min manat və ya 26.2 faiz çoxdur.

Qeyri-faiz gəliri 26 min manat artaraq 34 milyon 940 min manata, qeyri-faiz xərci isə 6 milyon 344 min manat artaraq 60 milyon 899 min manata yüksəlib. Nəticədə bankın əməliyyat mənfəəti 18 milyon 400 min manat olub. Mümkün zərərlər üçün yaradılan məqsədli ehiyatlara 2 milyon 833 min manat ayırdığı üşün bankın əməliyyat mənfəəti 15 milyon 567 min manata düşüb. Bu da ötən ilin eyni rübü ilə müqayisədə 59 min manat çoxdur.

“RabitəBank”ın xalis mənfəəti 4 milyon 141 min manat artaraq 16 milyon 817 min manata çatıb.

Bankın sahib olduğu cəmi aktivlərin gəlirliyi 1.67 faiz, kapitalının gəlirliyi isə 14.07 faiz təşkil edib.

RabitəBank

2023 (III Rüb)

2022 (III Rüb)

Fərq

Faiz Gəliri

65,670

49,211

16,459

Faiz Xərci

21,310

14,062

7,248

Xalis Faiz Gəliri/Zərəri

44,359

35,149

9,210

Qeyri-Faiz Gəliri

34,940

34,914

26

Qeyri-Faiz Xərci

60,899

54,555

6,344

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar

2,833

1,583

1,250

Əməliyyat Mənfəəti

15,567

15,508

59

Xalis Mənfəət

16,817

12,676

4,141

ROA

1.67%

1.32%

0.35%

ROE

14.07%

11,35%

2.72%

  • Əvvəlki

    Bitcoin qiymətində kəskin dalğalanma

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0