USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“RabitəBank”ın depozitləri 48.25 faiz - AZALIB

16.10.2023 Problemli Banklar
0 0
“RabitəBank”ın cəmi aktivləri ötən ilin son rübü ilə müqayisədə cari ilin ilk 9 ayında 48 milyon 778 min manat və ya 5.10 faiz artaraq 1 milyard 3 milyon 768 min manata yüksəlib. Bu artımda əsas pay bankın müştərilərinə verdiyi kreditlərin üzərinə düşüb.

Kommersant.az bankın hesabatına istinadən xəbər verir ki, “RabitəBank”ın kredit portfeli 9 ay ərzində 90 milyon 594 min manat və ya 14,83 faiz artaraq 701 milyon 471 min manat olub. Bu portfeldə istehlak kreditləri 35 milyon 708 min manat artaraq 241 milyon 313 min manata, biznes kreditləri 29 milyon 225 min manata, ipoteka kreditləri isə 26 milyon 660 min manat artaraq 125 milyon 528 min manata bərabərləşib. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 6 milyon 589 min manat azaldaraq 17 milyon 261 min manata endirdiyi üçün bankın xalis kreditləri 684 milyon 210 min manat olub. Bu da ötən ilin sonu ilə müqayisədə 97 milyon 183 min manat və ya 16.55 faiz çoxdur.

Bu artımlarla bərabər bankın aktivlər cəminin tərkibində azalmalar da olub. “RabitəBank”ın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitləri 9 ay ərzində 28 milyon 74 min manat və ya 22.94 faiz azalaraq 94 milyon 288 min manata enib. “RabitəBank”ın banklar və digər maliyyə institutlarındakı depozitlərinin həcmi də 4 milyon 102 min manat və ya 48.25 faiz azalaraq 4 milyon 398 min manata düşüb.

  • Əvvəlki

    Dünya nəhəng bankından 'Avro' proqnozu

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0