USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“ExpressBank”ın mənfəəti 11.28 faiz - AZALIB

19.10.2023 Problemli Banklar
0 0
“ExpressBank”ın faiz gəliri ötən ilin eyni rübü ilə müqayisədə 6 milyon 594 min manat artaraq 42 milyon 218 min manata, faiz xərcləri isə 4 milyon 87 min manat artaraq 11 milyon 346 min manata bərabərləşib.

Kommersant.az xəbər verir ki, buna görə də bankın xalis faiz gəliri 30 milyon 872 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 2 milyon 507 min manat və ya 8.83 faiz çoxdur.

“ExpressBank”ın qeyri-faiz gəliri 398 min manat artaraq 14 milyon 3 min manata, qeyri-faiz xərcləri isə 2 milyon 584 min manat artaraq 31 milyon 418 min manata yüksəlib. Nəticədə bank 13 milyon 457 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 322 min manat və ya 2.45 faiz çoxdur.

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 1 milyon 16 min manat edən “ExpressBank”ın xalis mənfəəti 1 milyon 268 min manat və ya 11.28 faiz azalaraq 9 milyon 967 min manat təşkil edib.

  • Əvvəlki

    “ExpressBank”ın kapital cəmi də azalıb

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0