USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AFB-nin kredit portfeli - KİÇİLİB

26.10.2023 Problemli Banklar
0 0
“AFB Bank”ın (qısaca - AFB) cəmi aktivləri 2022-ci ilin son rübü ilə müqayisədə 22 milyon 243 min manat artaraq 304 milyon 624 min manat olub. Bu artımın əsas səbəbi bankın ticarət və investisiya qiymətli kağızları 24 milyon 130 min manat artaraq 42 milyon 593 min manata yüksəlməsidir.

Kommersant.az AFB-nin maliyyə hesabatına istinadən xəbər verir ki, bankın müştərilərə verdiyi kreditlər 169 milyon 619 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 1 milyon 235 min manat və ya 0.72 faiz azdır. Bankın istehlak kreditləri 2 milyon 976 min manat artaraq 22 milyon 55 min manat olsa da, biznesmenlərə verdiyi kreditlər kəskin şəkildə azalıb. Belə ki, bankın biznes kreditləri 11 milyon 332 min manat və ya 11.14 faiz azalaraq 90 milyon 341 min manat olub. Daşınmaz əmlak kreditləri isə 7 milyon 122 min manat və ya 14.21 faiz artaraq 57 milyon 223 min manat olub.

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 2 milyon 121 min manat və ya 9.96 faiz azalaraq 19 milyon 173 min manata düşüb. Nəticədə bankın xalis kreditləri 886 min manat artaraq 150 milyon 446 min manata yüksəlib.

  • Əvvəlki

    Fransadan Qəzzaya xəstəxana gəmisi

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0