USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank BTB” 3-cü rübü də çətin vəziyyətdə qalıb

23.11.2023 Problemli Banklar
0 0
“Bank BTB” 2023-cü ilin 3-cü rübünü azalmalarla başa vurub. Belə ki, bankın yığılmış zərərinin artması ilə yanaşı kapitalında da azalmalar olub.

Kommersant.az xəbər verir ki, bankın cəmi aktivləri 2 milyon 559 min manat artaraq 376 milyon 759 min manata yüksəlib. Bu aktivlərin 288 milyon 462 min manatını isə müştərilərə verilmiş kreditlər təşkil edib. Bu kreditlər isə ötən ilin sonu ilə müqayisədə 22 milyon 631 min manat çoxdur. Belə ki, “Bank BTB”-nin istehalk kreditləri 896 min manat artaraq 29 milyon 967 min manata, biznes kreditləri 6 milyon 171 min manat artaraq 73 milyon 347 min manata, ipoteka kreditləri isə 15 milyon 565 min manat artaraq 185 milyon 147 min manata yüksəlib. Nəticədə “Bank BTB”-nin xalis kreditləri 276 milyon 855 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 25 milyon 652 min manat çoxdur.

“Bank BTB”-nin depozit portfeli ötən ilin sonu ilə müqayisədə 4 milyon 703 min manat azalaraq 11 milyon 960 min manata düşüb. Bu azalmada əsas pay hüquqi şəxslərin payına düşüb. Belə ki, biznesmenlər bankdakı pullarının 4 milyon 638 min manatını geri çəkərək 5 milyon 946 min manata endirib. Bununla yanaşı fiziki şəxslər də 66 min manatlıq depozitlərini götürərək sözügedən əmanətlərin həcmini 6 milyon 13 min manata salıb. Buna baxmayaraq bankın öhdəliklər cəmi 3 milyon 391 min manat artaraq 327 milyon 537 min manata yüksəlib.

“Bank BTB”-nin cəmi kapitalı 832 min manat və ya 1.66 faiz azalaraq 49 milyon 222 min manata enib. Bunun əsas səbəbi bankın yığılmış zərərinin 982 min manat artmasıdır. Bankın ümumi ehtiyatları isə 155 min manat artaraq 20 milyon 389 min manata yüksəlib.

Bank BTB

2023 (IV Rüb)

2022 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

376.759

374.200

2.559

Kredit

288.462

265.831

22.631

İstehlak kreditləri

29.967

29.071

896

Biznes kreditləri

73.347

67.176

6.171

Daşınmaz əmlak kreditləri

185.147

169.582

15.565

Xalis Kreditlər

276.855

251.203

25.652

Cəmi Öhdəliklər

327.537

324.146

3.391

Depozit

11.960

16.663

-4.703

Fiziki şəxslərin depozitləri

6.013

6.079

-66

Hüquqi şəxslərin depozitləri

5.946

10.584

-4.638

Cəmi Kapital

49.222

50.054

-832

Səhmdar kapitalı

66.450

66.450

0

Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər)

-

-

-

Yığılmış zərəri

-20.389

-19.402

-982

Ümumi ehtiyatlar

3.161

3.006

155

Cari ilin 3-cü rübünü “Bank BTB” mənfəət azalması və zərəri ilə başa vurub.

Bankın faiz gəliri 4 milyon 349 min manat azalaraq 22 milyon 443 min manata, faiz xərcləri isə 2 milyon 772 min manat azalaraq 14 milyon 84 min manata, xalis faiz gəliri isə 1 milyon 206 min manat azalaraq 8 milyon 324 min manata enib.

“Bank BTB” qeyri-faiz gəlirini 1 milyon 803 min manat azaldaraq 3 milyon 442 min manata, qeyri-faiz xərclərini isə 4 milyon 462 min manat azalaraq 9 milyon 871 min manata endirib. Nəticədə bankın əməliyyat mənfəəti 1 milyon 895 min manat olub ki, bu da ötən ilin eyni rübü ilə müqayisədə 1 milyon 453 min manat çoxdur. Yekunda isə “Bank BTB”-nin yığılmış zərəri 3 milyon 988 min manat azalaraq 987 min manata enib.

Qeyd edək ki, bankın məcmu kapitalı 803 min manat azalaraq 52 milyon 969 min manata düşüb.

Bank BTB

2023 (III Rüb)

2022 (III Rüb)

Fərq

Faiz Gəliri

22.443

26.792

-4.349

Faiz Xərci

14.084

16.856

-2.772

Xalis Faiz Gəliri/Zərəri

8.324

9.530

-1.206

Qeyri-Faiz Gəliri

3.442

5.245

-1.803

Qeyri-Faiz Xərci

9.871

14.333

-4.462

Əməliyyat Mənfəəti (Zərəri)

1.895

442

1.453

Xalis Zərəri

-987

-4.975

3.988

Məcmu Kapital

52.969

53.772

-803

  • Əvvəlki

    "Bank BTB" - ZƏRƏRDƏ

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0