USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank BTB” aktivləri artıb

23.11.2023 Problemli Banklar
0 0
“Bank BTB”-nin cəmi aktivləri 2 milyon 559 min manat artaraq 376 milyon 759 min manata yüksəlib.

Kommersant.az xəbər verir ki, cəmi aktivlərin 288 milyon 462 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Bu kreditlər ötən ilin sonu ilə müqayisədə 22 milyon 631 min manat çoxdur. Belə ki, “Bank BTB”-nin istehlak kreditləri 896 min manat artaraq 29 milyon 967 min manata, biznes kreditləri 6 milyon 171 min manat artaraq 73 milyon 347 min manata, ipoteka kreditləri isə 15 milyon 565 min manat artaraq 185 milyon 147 min manata yüksəlib.

Nəticədə “Bank BTB”-nin xalis kreditləri 276 milyon 855 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 25 milyon 652 min manat çoxdur.

  • Əvvəlki

    Aİ yeni bankı ilə bərpa olunan hidrogeni dəstəkləyəcək

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0