"Azərbaycan Beynəlxalq Bankı"nın qəbul etdiyi dollar əmanətləri "Əmanətlərin Sığortalanması Fondu" (qısaca - ƏSF) tərəfindən sığortalanmır.
Kommersant.az xəbər verir ki, "Azərbaycan Beynəlxalq Bankı"nda "Klassik əmanət" növü üzrə yerləşdirilən dollar əmanətləri qanuni sığortalanma faizini ötür. Belə ki, sözügedən əmanət növündə 1 ildən və daha çox müddət üzrə qəbul edilən əmanətlərə dövlət bankı 3 faizdən, 3.5 faizədək illik faiz ödəyir. Nəticədə bank tərəfindən qəbul edilən əmanətlər ƏSF tərəfindən qorunan əmanət kimi qəbul edilmir.
Qeyd edək ki, hazırda qorunan əmanətlərin illik faiz dərəcəsi milli valyutada 12 faiz, xairici valyutada isə 2.5 faizdir.