"UniBank" hesabatını açıqladı - MƏCMU KAPİTALI AZALIB

23.10.2018 Problemli Banklar
“Unibank” KB ASC 2018-ci ilin üçüncü rübünün hesabatını açıqlayıb. Belə ki, bankın hesabatına görə, ilin əvvəlindən etibarən “UniBank” 34 milyon manat mənfəət əldə edilib.

“Kommersant.az” xəbər verir ki, hesabat dövründə bankın cəmi balans kapitalı 14,7 milyon manat (17%) artıb.

“UniBank” –ın cəmi aktivləri bu ilin 9 ayı ərzində 669.329 manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 64.506 manat çoxdur. Belə ki, ötən ilin 9 ayı ərzində bankın cəmi aktivləri 604.823 manat olub.

Bankın məcmu kapitalı azalıb

“UniBank” ın məcmu kapitalı ilin əvvəli ilə müqayisədə 1 392 min manat azalaraq 66 milyon 838 min manat olub. Bankdan müştərilərə verilmiş kreditlər 118.027 manat artaraq 398.640 manat olub