USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

VTB Bankdan - AKSİYA

30.03.2021 Sərfəli Banklar
0 0
VTB (Azərbaycan) Direct Business Çat-bank istifadəçiləri üçün aksiyaya start verdi.

Bank VTB (Azərbaycan)-ın yeni "Ödə və qazan" adlı aksiyası çərçivəsində sahibkarlar tətbiq olunan komissiya məbləğinin 5% -i həcmində CashBack əldə edəcəklər. Bunun üçün valyuta mübadiləsi, ölkə daxilində ödəmələr və dövlət büdcəsinə ödəmələr kimi əməliyyatları Direct Business Çat-Bank vasitəsilə həyata keçirmək kifayətdir.

Bundan başqa, Direct Business Çat-Bank-da ən fəal üç istifadəçi (əməliyyatların sayına görə) aksiya başa çatdıqdan sonra növbəti üç ay ərzində həyata keçiriləcək əməliyyatların komissiyasından 20%, 15% və 10% məbləğində əlavə CashBack qazanacaq. Qeyd edək ki, aksiya 30 aprel 2021-ci il tarixinədək qüvvədədir.

Xatırladaq ki, Direct Business Çat-Bank fərdi sahibkarlara banka gəlmədən və vaxt itirmədən Facebook sosial şəbəkəsində maliyyə əməliyyatlarını həyata keçirməyə imkan verən VTB (Azərbaycan)-ın yeni rəqəmsal xidmətidir. Direct Business Çat-bank müştərilərə biznes kart sifarişi, pul köçürmələri (ölkə daxilində, hesablar arası, dövlət büdcəsinə ödənişlər), nağdsız mübadilə, eləcə də QR-kod vasitəsilə hesabın artırılması kimi xidmətlərdən Messenger-də istifadə etməyə imkan verir.

Direct Business Çat-Bank-a sürətli giriş üçün QR kodu skan etmək kifayətdir:

  • Əvvəlki

    “Bakı Metropoliteni”nin Müşahidə Şurasının tərkibi təsdiqləndi - SİYAHI

Digər xəbərlər

26.07.2024 Sərfəli Banklar
"Yelo Bank"ın kapitalı - ARTIB
0 0
25.07.2024 Sərfəli Banklar
"Turan Bank" 6 ayda mənfəət əldə edib
0 0
25.07.2024 Sərfəli Banklar
"Turan Bank"ın cəmi öhdəlikləri - ARTIB
0 0
23.07.2024 Sərfəli Banklar
İllik 9.5% ilə kredit üçün son bir həftə!
0 0
23.07.2024 Sərfəli Banklar
"Bank Respublika"nın aktivləri artıb
0 0