USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan banklarının analitik balansı hansı vəziyyətdədir? - ŞOK RƏQƏMLƏR

30.03.2021 Bank
0 0
Cari ilin fevral ayında Azərbaycanın kommersiya banklarının analitik balansında ötən ilin analoji dövrü ilə müqayisədə diqqəti cəlb edəcək dalğalanmalar baş verib.

"Kommersant.az"ın Mərkəzi Bankın yaydığı hesabata istinadən xəbər verir ki, cari dövrdə bankların xalis xarici aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə artaraq 4 milyard 465 milyon manat təşkil edib. Belə ki, ötən il bu aktivlər 4 milyard 258 milyon manata yaxın olub.

Hesablamalar göstərir ki, bir il ərzində xalis xarici aktivlərin həcmində 207 milyon 500 min manatdan çox artım olub.

Cari dövrdə kommersiya banklarının məcmu xarici aktivləri ötən ilin fevral ayı ilə müqayisədə 923 milyon 4 min manat və ya 13,6 faiz azalaraq 5 milyard 850 milyon manata yaxın olub. Belə ki, ötən il bu aktvlər 6 milyard 773 milyon manatdan çox olub.

Qeyd edək ki, kommersiya banklarının manatla depozitlərində artımlar baş verib. Belə ki, əgər bu ilin fevral ayında depozitin həcmi 9 milyard 122 milyon manatdan çox olubsa, ötən ilin eyni dövründə bu vəsait 8 milyard 708 milyon manata yaxın olub. Bu da onu göstərir ki, bir il ərzində baş verən artımlar 414 milyon 400 min manatdan çox təşkil edib.

Qeyd edilən bankların xarici valyutada depozitləri isə cari dövrdə 8 milyard 990 milyon manat, ötən ilin müvafiq dövründə isə 10 milyard 316 milyon manatdan bir qədər çox olub. Burdan da aydın olub ki, bir il əraində banklar 1 milyard 326 milyon manatdan çox zərər ediblər.