USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“TuranBank”ın depozit portfeli 1.7 faiz - ARTIB

20.10.2023 Sərfəli Banklar
0 0
“TuranBank”ın öhdəliklər cəmi 24 milyon 154 min manat və ya 3.3 faiz artaraq 755 milyon 409 min manat olub.

Kommersant.az xəbər verir ki, bu artımın 30.3 faizi depozit portfelinin payına düşüb. Sözügedən portfel ötən ilin 4-cü rübü ilə müqayisədə 7 milyon 317 min manat və ya 1.7 faiz artaraq 436 milyon 591 min manata bərabərləşib.

Bankın fiziki şəxslərdən topladığı depozitlər 63 milyon 29 min manat və ya 19.22 faiz artaraq 327 milyon 904 min manata yüksəlib. Buna baxmayaraq bankın hüquqi şəxslərdən topladığı əmanətlər 55 milyon 713 min manat və ya 54.96 faiz azalaraq 101 milyon 370 min manata düşüb.