USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“TuranBank”ın aktivlər cəmi artıb

20.10.2023 Sərfəli Banklar
0 0
“TuranBank”ın cəmi aktivləri 2022-ci ilin son rübü ilə müqayisədə 12 milyon 947 min manat və ya 1.57 faiz artaraq 833 milyon 768 min manata yüksəlib. Bu artımda ən çox pay müştərilərə verilən kreditlərin üstünə düşüb. Belə ki, müştərilərə verilən kreditlər 50 milyon 78 min manat və ya 9.13 faiz artaraq 598 milyon 573 min manata bərabərləşib.

Kommersant.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu artımlarda istehlak kreditləri 4 milyon 908 min manat artaraq 143 milyon 701 min manata, biznes kreditləri 32 milyon 620 min manat artaraq 346 milyon 475 min manata, daşınmaz əmlak kreditləri isə 12 milyon 549 min manat artaraq 108 milyon 397 min manata bərabərləşib.

Mümkün zərərlər üçün yaradılan məqsədli ehiyatını 14 milyon 559 min manat artıraraq 19 milyon 626 min manata bərabərləşdirib. Buna görə də “TuranBank”ın xalis kreditləri 578 milyon 947 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 35 milyon 519 min manat və ya 6.5 faiz çoxdur.