USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azər Türk Bank əmanətlər üzrə faizləri 11%-dək artırdı

11.12.2023 Sərfəli Banklar
0 0
Dövlət bankı Azər Türk Bank qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə milli valyutada “Klassik” əmanət üzrə kampaniyaya başlayır.

Kampaniya ərzində Bank tərəfindən qəbul edilən əmanətlərin faiz dərəcələrinin illik 11%-dək artırılması barədə qərar verilmişdir.

Xatırladırıq ki, hər bir əmanətçiyə atb card hədiyyə edilir.

Cari ilin 11 dekabrında başlanan kampaniya 15 yanvar 2024-cü il tarixinədək davam edəcəkdir.

Əmanət sahibləri, həmçinin, əmanət məbləğinin 90%-i həcminədək kredit xətti əldə edə bilərlər.

Kampaniyadan yararlanmaq istəyən şəxslər Bankın internet səhifəsində onlayn qaydada sifariş verə bilərlər.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Digər xəbərlər