USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

NYT: Rusiya Ukraynaya “ciddi” cavab verməyə hazırlaşır

03.06.2025 Siyasət
0 0
“New York Times” (NYT) qəzetində yer alan xəbərdə Rusiyanın Ukraynaya hərbi hava limanlarına edilən hücumlara görə ciddi cavab verəcəyi iddia edilib.

Adı açıqlanmayan ABŞ hökumət rəsmilərinin açıqlamalarına əsaslanan NYT hesabatında Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Rusiyanın müxtəlif hərbi hava limanlarına hücumlarına toxunulub.

Rəsmilər bildiriblər ki, əməliyyat təkcə Rusiyanın strateji potensialına zərər vurmayıb, həm də Ukraynanın 600 dollarlıq pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə dəyəri 100 milyon dollardan çox olan hərbi təyyarələri məhv edə biləcəyini göstərib.

“Rusiya Ukraynaya “ciddi” cavab verəcək”
Bu hücumların Rusiyanın Ukraynadakı əməliyyatlarını azaltmasına səbəb olmayacağını iddia edən rəsmilər Moskvadan “ciddi” cavab gözlədiklərini bildiriblər.

Rəsmilər ABŞ-ın Rusiyanın Ukraynaya qarşı hansı əks-hücum edəcəyi ilə bağlı hələ kəşfiyyat məlumatı olmadığını qeyd edərək, mülki şəxslərə qarşı İHA hücumlarının həyata keçirilə biləcəyini, enerji şəbəkələrinin vurula biləcəyini və orta mənzilli ballistik raketlərin buraxıla biləcəyini irəli sürüblər.