USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib

22.05.2018 İqtisadiyyat
0 0
Dövlət büdcəsinin icrasına dair illik hesabata qurumun rəyi geniş müzakirə edilib

Hesablama Palatasının növbəti kollegiya iclasında "2017-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata qurumun rəyi geniş müzakirə edilib.

"Kommersant.Az" bu barədə Palataya istinadən xəbər verir.

Rəydə dövlət büdcəsinin gəlirləri, xərcləri, həmçinin dövlət borcu ilə bağlı ətraflı təhlillərin əks olunduğu, məlumat bazasının genişləndirildiyi qeyd edilib, rəyin strukturunda təkmilləşdirilmə aparıldığı diqqətə çatdırılıb.

İclasda rəy barədə fikir və təkliflər bildirilib, qanun layihəsinin və dövlət büdcəsinin icrası barədə illik hesabatın Milli Məclisdə müzakirə edilməsinin tövsiyə olunması ilə bağlı kollegiya qərarı qəbul olunub.

  • Əvvəlki

    Dünyanın aparıcı geyim şirkəti 100 mağazasını bağlayacaq

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
15.04.2024 İqtisadiyyat
Goldman Sachs-ın xalis mənfəəti artıb
0 0