USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda fermerlərdən yer pulu alınmayacaq

01.03.2019 İqtisadiyyat
0 0
"Fermerlər öz məhsullarını yer pulu ödəmədən “Dövlət Aqrar Ticarət Şirkəti”nın təşkil edəcəyi Novruz yarmarkalarında sata bilərlər".

"Kommersant.az"ın məlumatına görə, bunu şirkətin direktoru Leyla Məmmədova bildirib. Onun sözlərinə görə, "Kənddən Şəhərə" Novruz yarmarkası martın 2-dən etibarən Bakıda 4 ünvanda fəaliyyətə başlayacaqdır. Yarmarkalar həftə sonları və bayram ərəfəsində fəaliyyət göstərəcəkdir.

FERMERLƏRDƏN YER PULU ALINMAYACAQ

Leyla Məmmədova qeyd edib ki, yarmarkalar Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə keçirilir:

"Bizə müaraciət edən fermerlər yer pulu ödəmədən öz məhsullarını sata biləcəklər. Yer pulunun alınmaması qiymətlərin sərfəli olmasına zəmin yaradır. Çalışırıq ki, qiymətlər münasib olsun və insanlar bayram alış-verişlərini rahat etsinlər. Yarmarkalarda 200-dən artıq fermerin və yerli qida məhsuları istehsalçılarının iştirak edəcəyi gözlənilir".

Bu il Xəzər rayonunda fəaliyyət göstərən zeytun, göbələk, pomidor istehsalçıları yaramarkada aktiv iştirak edəcəklər.

Novruz yarmarkasının keçirələcəyi ünvanlar:

1. Səbail rayonu (Nizami küç. 154b)
2. Nizami rayonu (Qara Qarayev küç. 55/57 sayli binanın qarşısı, Orbita ticarət mərkəzinin dayanacağı)
3. Yasamal rayonu (Hüseyn Cavid prospekti, Elmlər Akademiyası parkı)
4. Xəzər rayonu (Maştağa, Buzovna yolu Abşeron küç.)

  • Əvvəlki

    Bu şəxslər 300 manat müavinət alacaq

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0