USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Baş dövlət baytarlıq müfəttişi təyin edildi

31.05.2018 İqtisadiyyat
0 0
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində yeni təyinat olub.

"Kommersant.Az" xəbər verir ki, agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin müvafiq əmri ilə Qalib Hümmət oğlu Əbdüləliyev Agentliyin Baytarlıq nəzarəti şöbəsinin müdiri – Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi təyin edilib.

Q. Əbdüləliyev bundan əvvəl Dünya Bankının dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyində həyata keçirilən müxtəlif layihələrdə baytarlıq mütəxəssisi və koordinatoru, Azərbaycan Dövlət Baytarlıq Preparatlarına elmi Nəzarət İnstitutunun direktoru, son olaraq isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri vəzifələrində çalışıb.

  • Əvvəlki

    Bankomatlarda 200 manatlıq əskinaslarla nağdlaşdırma imkanı

Digər xəbərlər