USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Deputat Nizami Cəfərovun vəzifə maaşı artırıldı

13.08.2019 İqtisadiyyat
0 0
Azərbaycanda Atatürk Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.

"Kommersant.az" "Report"a istinadən xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" qərarında dəyişikliklər edilib.

Dəyişikliyə əsasən, Atatürk Mərkəzinin müdirinin aylıq vəzifə maaşı 1540 manat, müdir müavininin aylıq vəzifə maaşı 1230 manat, şöbə müdiri, baş redaktor, baş mühasibin aylıq vəzifə maaşı 770 manat, elmi əməkdaşın aylıq vəzifə maaşı 675 manat, redaktorun aylıq vəzifə maaşı 365 manat, arxivçi-kitabxanaçı, təsərrüfat müdirinin aylqı vəzifə maaşı 320 manat, kompüter operatoru, katibənin aylıq vəzifə maaşı 295 manat, xidməti otaqları yığışdıranın aylıq vəzifə maaşı 260 manat olub.

Qərar bu ilin sentyabrın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, Atatürk Mərkəzinin müdiri Milli Məclisinin deputatı, Bakı Dövlət Universitetinin (BDU) Ümumi dilçilik kafedrasının müdiri Nizami Cəfərovdur.

  • Əvvəlki

    Bu şəxslər təhsil haqqından azaddır

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0