Uşaqpulu verən ölkələrin siyahısı - Azərbaycanda bərpa edilir?

09.09.2019 İqtisadiyyat
"Save the Children” şirkəti uşaqpulu verən ölkələrin siyahısını hazırlayıb.

Siyahıda ən çox uşaqpulu verən dövlətlər arasında ərəb ölkələri və Avropanın bəzi dövlətləri qərarlaşıb.

Həmin ölkələrdən BƏƏ-də yeni doğulan körpələrin valideynlərinin 20 min dollar həcmində kreditləri silinir, həmçinin yeni doğulan körpənin valideynlərinə 50 min dollara qədər müavinət ayrılır. Həmçinin körpənin adına bankda hesab açılır və 18 yaşında ona 100 min dollar pul verilir.

Küveytdə isə valideynlərə övlad olmamışdan qabaq 240 min dollar kredit götürmək imkanı yaradılır. Yeni doğulan körpə zamanı həmin məbləğin 20 min dolları silinir. Yeni doğulan körpə üçün bankda 3 min dollar məbləğində hesab açılır və həmin məbləğ 18 yaşına qədər faizlə birgə ona təqdim olunur. Bundan əlavə həm Avropa, həm də digər ölkələrdə yeni doğulan körpələrə 500-10 min dollar arası birdəfəlik vəsait təqdim edilir.

Azərbaycanda isə yeni doğulan körpələrə yalnız doğulanda bircə dəfə birdəfəlik 200 manat müavinət verilir. Əksər dövlətlərdə uşaqlara həm də aylıq mavinət ayrılır. Azərbaycanda isə hələlik buna ehtiyac görülmür. Mövzu isə bağlı Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyevə müraciət etdik. Deputat açıqlamasında ölkədə uşaqpullarının bərpası ilə bağlı kifayət qədər işlərin görülməli olduğunu bildirib: "Bunu mən deyə bilmirəm. Çünki uşaq pullarının bərpası ilə bağlı sualları mən özüm də qoymuşam. Uşaq pulunun hansı forması seçilməlidir? Aylıq ödəniş hamıya verilməlidir, yoxsa ehityacı olanlara verilməlidir? Neçə yaşa qədər və neçənci uşaqdan başlayaraq müavinət verilməlidir? Məbləğ nə qədər olmalıdır? Bunlar hamısı dəqiqləşdirilməli, ekspert qrupu işləməlidir. Bundan sonra sosial müavinətlər haqqında qanuna dəyişiklik olunmalıdır. Eyni zamanda bununla paralel ünvanlı sosial yardım da olmalıdırmı sualına aydınlıq gətirilməlidir. Bu əslində populist bir ideyadır ki, ortaya atılıb. Camaat da buna reaksiya göstərir və verilməsini istəyir. Bir tərəfdən də radikal müxalifət bundan istifadə edərək insanları qızışdırır. Əslində mövzunun bu cür əsassız şəkildə qaldırılması düzgün deyil.

Musa Quliyev daha sonra qeyd etdi ki, uşaqpullarını bərpa etmək üçün bəlkə də 2 milyard manata ehtiyac var: "Uşaq pulunun bərpası üçün işçi qrupu işləməli, nəticələr və təkliflər ortaya qoyulmalıdır. Bir Musa Quliyev və digərinin təklifi ilə bu həll olan deyil. Bu, çox ciddi layihədir və burda təxminən 2 milyard AZN və daha çox maliyyədən söhbət gedir. Bunun maliyyə mənbəyi varmı, haradan götürülməlidir? Bunlar hamısı dəqiqləşidirlməlidir.

Mənə görə ən uyğun varant budur ki, indiki ünvanlı sosial yardım modelini saxlamaqla, uşaq doğulanda verilən birdəfəlik müavinəti artırmaqdır. Bunun üçün büdəcədə hesabalama aprılmalıdır. Nə qədər uşaq doğulur, əhalinin gəlirləri dəqiqləşdirilməlidir. Burda dəqiq bir söz demək çətindir. Mən nə qədər məbləğ verilməlidir onu da deyə bilmərəm”. / BAKU.WS

Ölkələrin adı

Hansı yaşa qədər

Məbləğ

Müddət

Almaniya

18 yaş

192 avro

Hər ay

Norveç

18 yaş

150 avro

Hər ay

Fransa

21 yaş

130 avro

Hər ay

İngiltərə

20 yaş

20,7 funt

Hər həftə

Latviya

20 yaş

14 dollar

Hər ay

Qazaxıstan

18 yaş

45 dollar

Hər ay

Rusiya

18 yaş

55 dollar

Hər ay

Özbəkistan

2 yaş

80 dollar

Hər ay

Hindistan

14 yaş

100 dollar

Hər ay

Türkiyə

18 yaş

55 lirə

Hər ay